Azərbaycan və Rusiya XİN rəhbərləri görüşdü 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.