Azərbaycan XİN: “İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”

“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

Bunu Sabahinfo.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.