Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Norveçi və onun xalqını Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edirik! Milli Gününüz mübarək, Norveç!",-paylaşımda bildirilib.