Azərbaycan yaxın 5 ildə dövlət borcunun 33 milyard manata yaxınlaşacağını gözləyir

2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manata çatacağı proqnozlaşdırılır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, bununla da, borc ÜDM-in 22,2 %-ni təşkil edəcək.

2026-2029-cu illərdə isə dövlət borcunun 32,7 milyard manata yüksələcəyi və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,1 %-i qədər olacağı gözlənilir.