Azərbaycanda 11 yaşlı qız hamilə qaldı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.

Sabahinfo.az oxu.az-a istinadən bildirir ki, hadisə İmişli rayonunda qeydə alınıb. 

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə 11 yaşlı qızın zorlanması ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, sözügedən istiqamətdə aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir:

"Faktla bağlı İmişli Rayon İcra Hakimiyyətinə və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət edilib.

İctimaiyyətə əlavə məlumat veriləcək".