Azərbaycanda icra başçısı birinci müavinini işdən çıxartdı

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov vəzifəsindən azad olunub.

Demokrat.az-ın məlumatına görə, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icra edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub.