Azərbaycanda mikroavtobus traktorla toqquşdu -10-dan çox yaralı var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sabahinfo.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Yevlax rayonunun Qarxun kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobus traktorla toqquşub. Qəza nəticəsində 10-dan çox sərnişin yaralanıb. Onlar 1965-ci il təvəllüdlü Qəşəm Məmmədov, 1984-cü il təvəllüdlü Abbas Abbasov, 1980-ci il təvəllüdlü Çingiz Hüseynov, 1981-ci il təvəllüdlü Zaur Kərimov, 2000-ci il təvəllüdlü Ayxan Rzazadə, 1970-ci il təvəllüdlü Yeganə Daşdəmirova, 1998-ci il təvəllüdlü Ülvi Allahverdizadə, 1970-cı il təvəllüdlü Gündüz Hüseynov, 1986-cı il təvəllüdlü Aynurə Quliyeva və onun 1979-cu il təvəllüdlü bacısı Süsən Rzayeva, eyni zamanda 2004-cü il təvəllüdlü Bəylər Rzayevdir. 

Faktla bağlı araşdırma aparılır.(unikal)