Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1039 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.