Azərbaycanda tibbi maska ehtiyatının həcmi AÇIQLANDI

Azərbaycanda oktyabrın 1-i vəziyyətinə görə, 5,5 milyon ədəd hazır tibbi maska ehtiyatı var.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,4 milyon tibbi maska istehsal edilib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.