Azərbaycanda vəzifəli şəxs iş başında döyüldü - VİDEO

Azərbaycanda icra məmuru döyülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Məlumatlara görə, Binəqədi rayon icra və probasiya şöbəsinin əməkdaşı Faiq Əkbərov səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb. 

Bildirilib ki, 2016-cı il tarixli məhkəmə qərarına əsasən, vətəndaşın “Mətanət-A” şirkətinə 8000 manat borcu olub. İcra məmuru borcun ödətdirilməsini təmin etmək üçün borclu olan şəxsin evinə əmlakları siyahıya almaq üçün gedib. Bu zaman borclu şəxs tərəfindən döyülüb.

Hadisə Binəqədi rayonu ərazisində baş versə də, dəqiq tarix bəlli deyil. 

Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.