Azərbaycanda yeniyetmə qız ərə verildi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qız ərə verilib.

Məsələ ilə bağlı Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov "Unikal"a açıqlama verib:

"Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub", - deyə o bildirib.

***

Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.

Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.