İmişli rayonunda zəlzələ olub.
Bu barədə Sabahinfo.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda qeydə alınıb.
Yeraltı təkanın ocağı 52 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.