Cəlilabadda zəlzələ olub.
Bu barədə Sabahinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.0, dərinliyi 18 km olub.
Zəlzələ hiss olunmayıb.