2022-ci ildə Tacikistan və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 6,5 milyon dollar təşkil edib.
Bu barədə Tacikistan Respublikasının Dövlət İnvestisiya Komitəsinin rəhbəri Saadi Kadirzoda məlumat verib.
Eyni zamanda Düşənbədə keçirilən investisiya forumu çərçivəsində Tacikistan və Azərbaycan arasında olan qarşılıqlı ticarət və malların tranziti göstəricilərinin artırılması üçün böyük potensialın olduğu vurğulanıb.
Əlavə edək ki, Düşənbədə keçirilən investisiya forumunda Azərbaycanın 36 böyük şirkətinin nümayəndələri iştirak edirlər.