"Azərbaycanın artım tempi dünyanın artım tempindən aşağıdadır”.
Sabahinfo.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün sağlam artım tempi 5%-dir: "Buna ölkədə islahatları dərinləşdirməklə, ciddi addımlar atmaqla nail olmaq olar".
Deputat bildirib ki, bundan əlavə innovasiyon məhsul artımı olmalıdır. Ölkədə yeni innovasiyon məhsul bütün məhsulun 0,5 %-nə bərabərdir: "Azərbaycan sənayesinin 90%-dən çoxu Bakı və Abşeronda yerləşir. Məhz buna görə tək paytaxta yox, regionlarda da innovasiyon artıma getmək lazımdır”.