Bir neçə gün öncə yağan aramsız yağışlardan sonra Ağsuçayda yaranan sel fəsadlar yaradıb. Çayın kənarlarındakı torpaq qatları uçaraq ətrafdakı evlərə yaxınlaşıb.
Sabahinfo.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, vaxtında tədbir görülməsə, evlər üçün ciddi təhlükə yaranacaq. Bundan əlavə, çayın üzərində olan körpünün də zədələndiyi bildirilir.
Məsələ ilə bağlı Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov bildirib ki, fəsadlarla bağlı komissiya yaradılıb. Ağsu və Girdiman çaylarının keçdiyi ərazilərin hansında fəsad varsa, monitorinq qrupu tərəfindən qeydə alınıb.