"Azərbaycan Respublikasının Hərbi doktrinasına dəyişiklik etmək lazımdır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir oğlu deyib.
O bildirib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib:
"Bu, Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycan Respublikasının Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacib olardı".