Azərbaycanın müsbət əməkdaşlıq nümunəsi

Prezident İlham Əliyev Daşkənddə Azərbaycanın ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməsi üçün təklif verib
 Azərbaycanın etibarlı tərəfdaş olması dünyadakı dostlarının sayı ildən-ilə artır. Bu o deməkdir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artmaqdadır. Bu gün Azərbaycanın bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr daha da möhkəmlənib. Bu əlaqələr beynəlxalq təşkilatlar çərçivsində də özünü göstəməkdədir. Azərbaycanın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə əlaqələr də prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Hazırda bu siyast yenə də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında təşkilat şərçivəsində önəmli iqtisadi əlaqələrin qurulmasını vurğulayıb: “İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib”. Azərbaycanın regional iqtisadi layihələrin məkəzi olması müstəqil siyasətin yürüdülməsinin nəticəsidir. Bir sıra təşəbbüslər Azərbaycanda başlayır və icraçılıq da Azərbaycanın hesabına olur. Bu tədbirlərin keçirildiyi yer də yenə Azərbaycandır. Bütün bunlar üçün həm iqtisadi imkan, həm siyasi əlaqələr, həm də dövlətçilk mədəniyyəti lazımdır. Bu baxımdan Azərbaycan ECO-nun fəaliyyətinə də töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Cənab Prezident çıxışında Azərbaycanın ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlılığını və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğun deyib. Bu da Azərbaycan dövləti tərəfindən irəli sürülən daha bir  təşəbbüskarlıq nümunəsidir. 
Azərbaycan rəqabət şəraitində enerji siyasətini də ən doğru yolla həyata keçirir. Cənub və şimal qonşularımızın enerji resrusları bizdən qat-qat çoxdur. Amma belə bir şəraitdə doğru enerji siyasətini həyata keçirmək asan deyil. Bir çox məsələlər var idi ki, həll olundu. Nəhayət, Azərbaycan xarici iqtisadi əlaqələrini çoxşaxəli enerji resruslarının tranziti siyasəti əsasında qrumağa naıl oldu. Burada rəqabət olsa da, biz bundan çıxa bildik. Azərbaycan bu rəqabətə davamlıdır. Bütün bunlar Prezident İlham Əliyevin düşünlümş siyasətinin kerçəkləşməsi nəticəsində baş verib. 
Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək. Zirvə toplantısında cənab Prezidentin dediyi kimi Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır: “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmiryolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”. Prezident İlham Əliyev ECO-nun 16-cı Zirvə toplantısı çərçivəsində Daşkənddə üzv dövlətlərdən bir neçəsinin rəhbərləri ilə  təkbətək görüşlərindən də bu məsələni qabardıb. 
Dövlətimiz son illər bərpaolunan enerji resrusları baxımından da beynəlxalq əməkdaşlığını gücləndirir. Bununla bağlı Prezident İlham Əliyev ECO-nun 16-cı Zirvə toplantısındakı çıxışında Azərbaycanın potensialını qeyd edib: “Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir”. ECO-nun üzv dövlətlərinin bu istiqamətdə də əməkdaşlığı gücləndirməsi müsbət nəticə verə bilər.  

Paşazadə  Kamal Çingiz oğlu 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi