Azərbaycanın nüfuzunun yüksəlişi reallıqdır

Vətən müharibəsində qazanılan Zəfərdən bir il keçir. Bu Zəfərə xalqımız 28 il yol gəl­miş­di.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğalçı Ermənistana da, dün­ya­nın iri dövlətlərinə də, beynəlxalq təşkilatlara da bildirirdi ki, münaqişə danışıqlarla həll edil­mə­sə onu Azərbaycan Ordusu döyüşlə həll edəcəkdir.

Ermənistan danışıqlardan yayınır, status-kvonu saxlamaq istəyir, yeni ərazilər işğal et­mək məqsədi ilə işğal etdiyi ərazilərdən (aprel, 2016-cı il), dövlət sərhədlərindən (iyul, 2010-ci il) hücum edirdi. Bütün hücumların qarşısı qətiyyətlə alınırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısını Azərbaycan ordusunun hissələri qətiyyətlə aldı, Cənab Ali Baş Koman­da­nın əmri ilə əks-hücum əməliy­ya­tı­­na başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam et­dirildi.

Bu müharibə dünya müharibələr tarixində olmuş müharibələrdən bir qədər fərqli mü­ha­ri­bə idi. Bu müharibənin iştirakçısı təkcə Azərbaycan Ordusu deyildi, bu müharibənin iştirak­çı­sı həm də xalqın ordusuna böyük, müqayisəyəgəlməz dəstəyi idi, xalqın Vətən sevgisi idi. Və­­tən müharibəsi başlayanda hamı döyüşlərə getmək istəyirdi...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vətən müharibəsinin ma­hiy­yətini dünya ictimaiyyətinin diqqətini çəkən gərəkli bir kəlamla ifadə etmişdi: “Biz haqlı­yıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhid­lər ve­ri­rik. Bi­zim savaşımız müqəd­dəs savaşdır!”. Bu kəlamların davamı daha düşündürücü kəlamlar olmuşdu: "Dünyada heç bir qüv­və bizi haqq yolun­dan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bil­məz. Biz haqq yolundayıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı ge­ri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edəcəyik".

Vətən müharibəsi belə başladı, belə davam edirdi. Azərbaycan Ordusu döyüşə-döyüşə düş­mənin müdafiə sədlərini dağıdır, hərbçilərinin, muzdlularının döyüş əzmini çilikləyir, möv­­qe qələbələri qazana-qazana irəliləyirdi.

Vətən müharibəsi beynəlxalq təşkilatların həll edə bilmədiyi, həll etmək istəmədiyi mü­na­qişəni döyüşlə qətiyyətlə həll edirdi.

Düşmən Ohanyan səddinə arxayın idi. Ohanyan səddi mərhələli maneələr sistemi idi. Konk­ret ərazidən Azərbaycan əsgərinin irəlilə­mə­sinin qarşısını saxlamaq, müəyyən müddətdə ləngitmək üçün Ohanyanın tövsiyəsi, bəlkə də tələbi ilə ermənilər təmas xətti boyunca piyada əleyhinə mina sahəsi yaratmışdı. Hücumda himayə atışı deyilən istilah var. Piyada əleyhinə mi­­nalı sa­həni “himayə etmək” məqsədi ilə tank əley­hinə mi­na sahəsi yarat­mış­dılar. Üzəri və araları lent formatlı məftillərlə hörülmüş bir neçə cər­gə dəmir dirəklər bas­dırılmışdı ki, onların da arası minalı sahə olub. Sonra yenə piyada əleyhinə mina sahəsi, sonra yenə tank əleyhinə mi­na sa­hə­si, sonra məftil maneləri, sonra tank əleyhinə xəndəklər...

Tank əleyhinə xəndəkləri ermənilər ilk baxışda aşılmaz hesab edə bi­lər­­di. Bu xəndəklərin quruluşu belə olub: 5 metr enində, 3-4 metr dərin­lik­də, mina sahəsi, tank əleyhinə beton dirəklər, metal kirpilər, alçaq dirəklər üzə­­­rində tikanlı məftillər və s. Bunlar düşmənin təmas xətti bo­yun­ca müdafiə səddi idi. Ohanyan səddi müdafiə sisteminin tərkib hissələrindən biri olub.

Azərbayca Ordusu bu səddi də darmadağın etdi. İlkin qələbələr Böyük Qələbənini baş­lan­ğıcı idi. Xalq həmin günün intizarındaydı. Ordumuz həmin günü tezləşdirmək, işğalı son­landırmaq üçün qətiyyətlə döyüşürdü. Xarici mətbuatda dərc edilmiş bir informasiya də­fə­lərlə xatırlansa da yetərli deyil: “Belə döyüş, döv­lət, Vətən sev­gisi görən olub­mu, demək çə­tin­dir. Dağ yuxarı, şəhidi çiy­nin­də, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azər­­­­bay­can or­du­su. Nə ya­ra­lını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıx­dı­lar”...

Şuşa noyabrın 8-də işğaldan azad edildi...

Noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanan üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Ermənistanın təslim aktı idi. Bəyanata görə Ermənistan qoşunlarını Ağ­dam­dan, Kəlbəcərdən, Laçından qeyd-şərttsiz çıxartmalı idi.

Üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan Ordusunun qətiyyətli qələbələri düşməni tam sarsıtmışdı, bu sarsıntının davamı kimi düşmən nisbi qurtuluşu bu bəyanatı im­za­lamaqda görürdü.

Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Ko­man­dan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermə­nis­tan rəhbər­li­yi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdu. Azərbaycan Respublikasının Prezidenti Cənab İl­ham Əli­ye­vin dediyi kimi, “Azərbaycan Ermənistan qoşunlarının bütün ərazilərimizdən tam və qeyd-şərt­­siz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu”, “Dağlıq Qarabağ yoxdur, status yoxdur”.

Vətən müharibəsində qazanılan Zəfər hərbi qələbə idi. Hələ Vətən müha­ri­bə­sinə kimi dün­yanın hərbi ekspertlərinin rəyinə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında idi. Vətən müharibəsindən sonra bu yerdə xeyli irəli­lə­yiş olub, şübhəsiz. Bu qələbə siyasi baxımdan da çox dəyərlidir. Dünya dövlətləri bir da­ha əmin oldu ki, Azərbaycan güclü döv­lət­dir. Xarici ekspertlar Vətən müha­ri­bəsinin öyrənilməsini vacib hesab edirlər. Bu, Azər­baycana da, onun müzəffər or­du­suna da böyük ehtiram deməkdir. Ölkəmizin şərtsiz hərbi üs­tün­lüyünü təsdiq edən Bəyanat. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliy­yat­lar həm texniki imkanlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təc­rü­bəsi dün­ya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq etmişdi, ən müasir silahlardan istifadə etmişdi, minimal itkilər vermişdi, qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etmişdi, ...

Şuşada imzalanan “Şuşa Bəyannaməsi” də 10 noyabr tarixinin məntiqi davamıdır, onun mahiyyətini dövlətçilik baxımından tamamlayır; Azərbaycanla Türkiyə arasında qardaşlığın bəyannaməsi kimi tarixləşdi.

Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əla­qə­sinin yaradılmasını təsdiq edir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layi­hə­ləri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla bir­­ləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommu­ni­kasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azər­baycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbay­can ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənis­tan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil...

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bu reallıq Azərbaycanın nüfuzunun yüksəlişinin reallığıdır…

Üçtərəfli bəyanat Ermənistanın tam məğlubiyyəti sənədidir...

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı