8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində  8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib.

Daimi Nümayəndəliyin killektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını ifadə ediblər. 

Tədbiri açıq elan edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov geniş çıxış edərək hər il noyabr ayında Azərbaycanda təqvim üzrə bir neçə ölkə əhəmiyyətli bayramın qeyd edildiyini xatırladıb və kollektivi qarşıdan gələn bu milli bayramlar- xüsusilə, Zəfər Günü, Dövlət Bayrağı Günü və  Konstitusuya Günü münasibətilə təbrik edib:“Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız olduqca əlamətdar, tarixi bir günün- müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış Zəfər Gününün 5-ci ildönümünü böyük təntənə ilə qeyd edir. 2020-ci ilin noyabr ayının 8-də təxminən 30 illik həsrətdən sonra Azərbaycan xalqı üçün müqayisəsiz əhəmiyyət daşıyan, böyük  və rəmzi məna kəsb edən, milli- mənəvi dünyamızın, əyilməz ruhumuzun göy qurşağı olan Şuşa şəhəri erməni işğalından azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin düşməndən azad edilməsi zamanı şücaətli hərbçilərimizin həyata keçirdikləri nadir hərbi əməliyyat dünyanın hərb tarixində yeni qızıl səhifənin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Vətən müharibəsində hərbi sahədə qazandığı böyük qələbələr, xüsusilə, qeyd etdiyim kimi, Şuşanın düşmən işğalından qurtarılması Vətən müharibəsinin taleyində həm də həlledici rol oynamışdır. Bütün bunlar, nəticədə, Ermənistanın dünyanın gözü qarşısında öz məğlubiyyətini etiraf etməsi və Azərbaycanın qarşısında diz çökərək kapitulyasiya aktına imza atması ilə nəticələnmişdir. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il  3 dekabr tarixli müvafiq Sərancamı ilə xalqımızın gücünün, qüdrətinin və milli qürurunun təntənəsinə çevrilmiş, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il ölkəmizdə 8 Noyabrın  Azərbaycan Respublikasının Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti, dünya lideri  cənab İlham Əliyevin eyni tarixli digər Sərancamı ilə isə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə, Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması qərara alınmışdır.”

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov onu da əlavə etdi ki;, “2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı pozucu addımlar uzun illərdir iki ölkə arasında aparılan nəticəsiz danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə darmadağın etmişdir. Bununla da, Ermənistan bir daha özünün əsl mahiyyətini dünyaya yenidən nümayiş etdirmiş, çirkin məqsədinin isə o zamankı mövcud status-kvonu daha da möhkəmləndirərək Azərbaycanın işğal altında olan  ərazilərini zorla ilhaq etməkdən ibarət olduğunu bütün beynəlxalq aləmə bir daha göstərmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində görünməmiş təxribatlar törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə ağır silah-sursat toplaması Ermənistanın yenidən Azərbaycana qarşı genişmiqyaslı hücuma hazırlaşdığını açıq- aydın göstərirdi. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı öz böyük lideri İlham Əliyevin rəhbərliyində Silahlı Qüvələrinin gücü ilə doğma torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və haqqın, ədalətin bərpası üçün Vətən müharibəsinə başladı- desək, yanılmarıq. Bu müqəddəs amal uğrunda, harda yaşamasından asılı olmayaraq, soydaşlarımız, bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.”

 Bəxtiyar Əsgərov dedi ki, “Əslində, qeyd etdiyim kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozması, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, törətdilən növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilərimiz arasında ölən və yaralananların olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı birbaşa, real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə milli Ordumuzun əks-hücum əməliyyatlarına başlamasına tam əsas yaratmışdır. Vətən torpaqlarını qarış- qarış işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri hər gün darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verir, geri çəkilməyə məcbur edilirdi. Döyüş meydanındakı acınacaqlı, biabırçı  məğlubiyyətlərinin əvəzini çıxmaq üçün düşmən öz havadarlarının dəstəyi ilə Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonlarındakı, kəndlərdəki mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binaları, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşdur. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri sayılan, çoxsaylı tarixi və mədəni abidələri ilə dünyada məhşur olan qədim Gəncəmiz, ərazisində Su Elektrik Stansiyası kimi strateji obyekt yerləşən Mingəçevir və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi Yevlax şəhərləri, o cümlədən, Beyləqan, Bərdə, Tərtər, Goranboy, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində uzun illər səbr nümayiş etdirmiş müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində, qəlbində və ruhunda xüsusi yeri tutan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Rəşadətli Azərbaycan əsgəri və zabiti addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini cəsarətlə yarıb keçmiş, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir. Müstəqil dövlətçiliyimizin və zəngin tariximizin ən şanlı, şərəfli səhifələrini yazan bu tarixi Zəfərlə dünya lideri adını qazanmış Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan xalqının və müzəffər Ordusunun gücünə arxalanaraq faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi və xalqımızı dünyada qalib xalq, dövlətimizi məğlubedilməz dövlət kimi, özünü isə yenilməz sərkərdə, böyük siyasi lider kimi yenidən təqdim etdi.”

“Bu gün 8 Noyabr – Azərbaycan xalqının şanlı tarixində əbədi iz buraxan, milli qürurumuzun, birliyimizin və əzmkarlığımızın rəmzi olan Zəfər Günüdür! Bu gün Azərbaycan əsgərinin şücaətinin, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və 30 illik həsrətin sona çatmasının təntənəsidir. Bu gün Azərbaycan xalqının azadlıq, ədalət və müstəqillik uğrunda göstərdiyi ləyaqətin, əzmin, iradənin təntənəsidir”- deyən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirdi ki; “Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi arzusu, istəyi, amalı, inam işığı xalqımızın qəlbində bir an belə sönmədi. Nə qədər uzun zaman keçsə də, Qarabağ adı keçən hər gün hər bir azərbaycanlının yaddaşında ümidin, ağrının və inamın simvolu kimi yaşadı, çiçəkləndi, böyüdü. 2020-ci ilin sentyabrında 30 ildir gecə- gündüz birlikdə yaşadığımız, közərən ümidimiz bir anda alova çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqından güc alan Silahli Qüvvələrimiz 44 gün davam edən Vətən müharibəsində möhtəşəm və inamlı qələbə qazandı. Bu Qələbə yalnız silah gücü ilə deyil, ulu bir xalqın bir yumruq kimi birləşməsi, Ordunun peşəkarlığı, rəhbərin dəmir yumruğu və iradəsi, hər bir vətəndaşımızın basılmaz, ölməz Vətən sevgisi ilə mümkün oldu. Şəhidlərimizin qanı ilə suvarılan bu ana vətən torpaqlarında bu gün milli azadlığın, uca ləyaqətin və enməz qürurun üçrəngli bayrağı ucalır. 44 günün hər anı qəhrəmanlıq dastanı idi – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Laçın və nəhayət, Şuşa.

Şuşadan nə qədər danışsaq, azdır. Bu müqəddəs qalanın azad edilməsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Qədim Şuşa, musiqimizin, mədəniyyətimizin paytaxtı, poeziyamızın beşiyi yenidən öz sahiblərinə qovuşdu. 8 Noyabr tarixi bu böyük Qələbənin rəmzi kimi Zəfər Günü elan edildi. Böyük bayramı al qanı ilə təqvimimizə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, bu qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” 

Ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər dünyada yaşayan hər bir azərbaycanlıda böyük sevinc və qürur hissi yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu, əyilməz, döyüş tarixi olan xalq kimi yenidən tanıtdı. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçəlir. Böyük sənətkarların, şairlərin, musiqiçilərin şəhəri olan Şuşada bərpa işləri təkcə daş-divarı deyil, həm də milli yaddaşı yeniləyir, dirildir. Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ruhu yenidən bu şəhərə qayıdıb. Cıdır düzündə səslənən musiqi, oxunan bayatı və yüksələn Azan səsi bu torpağın əsrlər boyu yaşadığı mədəni və mənəvi zənginliyi bir daha dünyaya göstərir.””

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyil. Belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda, qeyd etdiyim kimi, Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsaslarını təşkil edən Konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir. Əminliklə deyə bilərik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün böyük imkanlar yaradacaq. 44 günlük Vətən müharibəsində Azərbaycan Milli Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi Zəfər, eləcə də, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu tam bərpa etmək məqsədilə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınan sərhədlərinin və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin ölkəmizin hər qarışında tam bərpa edilməsi xalqımızın müstəqillik tarixinin ən böyük nailiyyətidir. Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə hər il 20 sentyabrın Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi haqqında qərarı isə bu nailiyyətin hüquqi təsbiti olmaqla yanaşı müstəqillik tariximizin yüzillərlə yaşayacaq şanlı səhifəsinin əbədi nidalı möhürüdür.”- deyən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xüsusi vurğuladı ki; “Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ən yaxın silahdaşı isə Onun ömür-gün yoldaşı, ölkəmizin Birinci vitse-Prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi xalqımız tərəfindən Onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Xanım Mehriban Əliyevanın birinci vitse-Prezident vəzifəsinə təyin olunan vaxt böyük məsuliyyət hissi, humanizm və uzaqgörənliklə dediyi sözlər bu gün sevilərək yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. Bu gün tam əminliklə söyləmək olar ki, yüksək ali dövlət vəzifəsində qazandığı təcrübəsi və böyük nüfuzu ilə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva möhtərəm Prezidentimizin də, ona inanan, güvənən və böyük ümidlər bəsləyən doğma xalqımızın da yüksək etimadını layiqincə doğrultmuşdur. Gündəlik fəaliyyətində insanpərvərlik, mərhəmət, qarşılıqlı hörmət, sevgi, mehribanlıq meyarlarını əsas götürən, fəaliyyətini məhz bu prinsiplər üzərində quran, milli-mənəvi dəyərləri daim uca tutan Mehriban xanım Əliyevanın ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmətin müstəsna nümunəsidir.” 
        Bəxtiyar Əsgərov vurğuladı ki; “Müharibənin əvvəlindən sonuna kimi arxa cəbhədə fəaliyyət göstərən bir könüllü dövlət məmuru kimi əminliklə, şahidliklə deyə bilərəm ki, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim yüksək diqqətdə saxlayır, daim onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müxtəlif vaxtlarda məhz xanım Mehriban Əliyevanın təşəbbüsü və göstərişi ilə müalicə və reabilitasiya üçün qardaş Türkiyə Cumhuriyyətinə göndərilməsi, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabitlərin yüksək texnologiyalı protezlər və müxtəlif təminatlarla təmin edilməsi dediklərimizə kiçik bir sübutdur. Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu tarixi Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili də məhz Birinci xanımın xidmətləri sırasında ayrıca, xüsusi yer tutur. Bu məqamda Mehriban xanım Əliyevanın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki olduqca duyğulu sözləri yada salmamaq mümkün deyil: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Tanrıya şükürlər olsun ki, doğma Qarabağımız, nəhayət ki, Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, milli Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu.”
        “Bu gün azad Qarabağ torpaqlarında yeni həyat başlayıb. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa və digər bölgələrdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir Füzuli Beynəlxalq Hava Limanı artıq fəaliyyət göstərir, Zəngilan və Laçın hava limanları istifadəyə verilib. Bu hava qapıları təkcə nəqliyyat infrastrukturu deyil, həm də Qarabağın dünyaya açılan inkişaf simvoludur. Azad edilmiş ərazilərdə yeni yollar, körpülər, su və enerji xətləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur. Kəndlərimizdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında yaşayış məntəqələri qurulur. Bu layihələr müasir texnologiyalar, alternativ enerji mənbələri və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanır. Qarabağ artıq yalnız keçmişin xatirəsi deyil – gələcəyin rəmzidir. Burada aparılan quruculuq işləri təkcə binaların deyil, həm də insan həyatının, ruhun və ümidin bərpasıdır” -deyən Bəxtiyar Əsgərov əlavə etdi ki; “Zəfər Günündə təkcə biz deyil, hər bir azərbaycanlı şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir. Onlar bu torpaqların azadlığı uğrunda canlarını fəda etdilər və adlarını əbədiyyətə yazdılar. Hər bir şəhidimizin övladı, valideyni, ailəsi bizim üçün müqəddəs əmanətdir. Qazilərimiz – yaralı, amma qürurlu qəhrəmanlarımız bu gün həyatın hər sahəsində əsl nümunədirlər. Onların fədakarlığı, inamı və vətənpərvərliyi gələcək nəsillər üçün dərs və ilham mənbəyidir. Zəfərdən sonra “Böyük Qayıdış” prosesi başlayıb. Minlərlə ailə doğma torpaqlarına dönür, yeni evlər, məktəblər, bağçalar inşa olunur. Qarabağ torpağı insan nəfəsi ilə, uşaq gülüşü ilə, həyatın səsi ilə yenidən canlanır.Bu, sadəcə bərpa deyil — bu, yenidən doğuluşdur. Əgər 2020-ci il bizə qələbə sevinci gətirdisə, indi bu sevinci böyük qayıdış, yaradıcılıq, əmək və dirçəliş əvəz edir. Hər bir azərbaycanlı Qarabağın, Zəngəzurun inkişafında öz payını görür, çünki bu torpaq hər birimizin qəlbinin bir parçasıdır. Zəfər Günü bizə həm keçmişimizi, həm bu günümüzü, həm də gələcəyimizi xatırladır. Bu qələbə bizi birləşdirdi, gücləndirdi və gələcək nəsillərə böyük məsuliyyət qoydu: Vətəni sevmək, onu qorumaq və inkişaf etdirmək!”
“Bu günlər  biz Zəfər bayramı ilə bərabər həm də Bayraq Gününü təntənə ilə qeyd edirik.” -deyən natiq Bəxtiyar Əsgərov qeyd etdi k