Azərbaycanın Qazaxıstandakı Səfirliyi soydaşlarımıza müraciət edib - FOTO

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Sabahinfo.az bu barədə Səfirliyin "Twitter" səhifəsinə istinadən xəbər verir.

"Hörmətli vətəndaşlarımız,

Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soyadaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir. Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik.

Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmamışdır", - deyə müraciətdə bildirilir.