"Qırıcıların sayına görə Ermənistan ordusu Azərbaycanla müqayisədə sıfır səviyyəsində idi".
Sabahinfo.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə vəziyyətini öyrənmək üçün yaradılmış istintaq komissyasının iclasında deyib.
“Bizdə, ümumiyyətlə, qırıcılar, hava hücumundan müdafiə aviasiyası yox idi. Biz yalnız Rusiya ilə əməkdaşlığa və Rusiyanın müdafiəsinə əsaslanmışdıq", - Tonoyan bildirib.