Dövlətlərarası münasibətlər dövlət başçılarının rəsmi səfərləri ilə daha da möhkəmlənir. Belə səfərlərdə bütün protokol qaydalarına riayət edilməklə səmimi söhbətlər də əhəmiyyətli olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi səfəri məhz bu xarakteri ilə tarixləşdi. Səfər çərçivəində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanat verdi. Bu bəyanat təkcə Qazaxıstan ictimaiyyəti üçün deyil, ümumən dünya ictimaiyyəti üçün də maraqlı oldu. Tarixə istinad edildiyinə görə, dövlətlərarası münasibətlərin tarixi köklər əsasında qurulduğunu xatırlatdığına görə, mədəniyyətlərin inkişafının bir-birinə inteqrasiya əsasında daha geniş miqyasda inkişafına zəmanət verildiyinə görə, iqtisadi əlaqələrin bundan sonra da dinamik inkişafının təmin ediləcəyinə əminliyə inam olduğuna görə, ...
Bəyanatda deyilən “Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq” fikirləri qardaşlığın təntənəsi kimi dinlənildi.
Qazaxıstan Respublikasının Prezidentinin 2022-ci ildə Azərbaycana rəsmi səfəri də iki qardaş dövlətin istər siyasi, istər mədəni, istərsə də iqtisadi əlaqələrinin qarşılıqlı ehtiram, etimad və qarşılıqlı inam əsasında daha da genişlənəcəyinin təsdiqi idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”, “Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq” fikirləri tarixin dünənləri ilə sabahları arsında mənəvi bağlılıq olacağına əminlik kimi dinlənildi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi səfəri iki dövlət arasında münasibətlrin daha da yaxşılaşacağının zəmanətidir.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı