Azərsu ASC-yə gənc sədr gətirilir

Azərsu ASC-yə yeni sədr təyin olunacaq. SABAHİNFO.AZ-a daxil olan məlumata görə, yeni sədr bu sahədə çalışmasa da yüksək ixtisaslı kadr kimi bilinir. O da qeyd olunur ki, hazırda ASC-də böyük layihələrin əksəriyyəti dayandırılıb. Təyinatdan sonra işlərin davam etdiriləcəyi bildirilir.

Sədrin kimliyi barəsində məlumat verilməsə də yaşının 40-45 yaş arasında olduğu, xaricdə təhsil alması barəsində məlumatlar var.