"Azərbaycan iqtisadiyyatının səmərəliliyində müstəqil qiymətləndirmə əhəmiyyətli rol oynayır”

"Azərbaycan iqtisadiyyatının səmərəliliyində müstəqil qiymətləndirmə əhəmiyyətli rol oynayır”.

Sabahinfo.az xəbər verir ki, bunu Avrasiya Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının (ABQA) baş direktoru Nikolay Trifonov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat seçki konfransının uğurlu keçməsi münasibətilə ünvanlandırdığı təbrik məktubunda bildirib. AQC-nin mətbuat xidmətinin məlumatına görə, AQBA-nın baş direktoru beynəlxalq qiymətləndirmə sahəsində azərbaycanlı qiymətləndiricilərin də böyük zəhmət çəkdiklərini qeyd edib. N.Trifonov bildirib ki, 1999-cu ildə AQC-nin yaradılması və inkişafı ilə Azərbaycanda qiymətləndirmə fəaliyyətində vacib rol həyata keçirilir. Həmçinin Avrasiya ölkələrində müstəqil qiymətləndirmənin inkişafında böyük səylərin görüldüyü vurğulanıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidməti