Daxili
 İşlər Nazirliyinin "Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində regional 
əməkdaşlığın "Asiyanın ürəyi”-İstanbul Prosesi çərçivəsində narkotiklərə
 qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər 
səviyyəsində növbəti iclas keçirilib.
Nazirliyin
 mətbuat xidmətindən verilən xəbərə görə, tədbiri giriş sözü
 ilə açan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis 
general-mayoru Həzi Aslanov iştirakçılara Azərbaycan Respublikasının 
daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını 
çatdırıb, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 
mübarizənin vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki,bu 
işlə məşğul olan strukturların fəaliyyəti Dövlət Komissiyası tərəfindən 
əlaqələndirilir, cinayətkarlıqla mübarizənin ən mühüm istiqamətlərindən 
biri kimi çox ciddi təşkilati və preventiv tədbirlər həyata keçirilir. 
Azərbaycanın geosiyasi vəziyyəti, Əfqanıstan narkotrafikinin məlum 
marşrutları nəzərə alınaraq, narkotik vasitələrin qanunsuz olaraq ölkə 
ərazisinə gətirilməsi və tranzit daşınması cəhdlərinin qarşısının 
alınmasına böyük diqqət yetirilir.
Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində kollektiv etimad tədbirlərinin hazırlanması, regional infrastrukturun möhkəmləndirilməsi, ticarətə və əməkdaşlığa kömək göstərilməsi, elm və təhsilin inkişafı, habelə fövqəladə vəziyyətlərdə yardım göstərilməsi mexanizmlərinin daha da möhkəmləndirilməsidir. Bu vəzifələrə uyğun olaraq İstanbul Prosesi çərçivəsində bundan əvvəl Kabildə keçirilmiş iclasın yekunlarına əsasən yaradılmış altı işçi qrup fəaliyyət göstərir. Diqqətəlayiq haldır ki, narkotik vasitələr əleyhinə olan işçi qrupa Azərbaycan və Rusiya başçılıq edirlər.
Bu
 toplantının təşkilinin digər məqsədi isə 2017-ci ilə qədər İstanbul 
Prosesində iştirak edən dövlətlərdə narkotik, psoxotrop maddələr və 
onların prekursorlarının qeyri-qanuni dövriyyəsinin, o cümlədən çirlki 
pulların yuyulmasının və resept əsasında verilən dərmanlardan 
sui-istifadənin miqyasının azaldılmasıdır.
Daha sonra respublika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev ötən il hüquq-mühafizə orqanları tərəfindən ölkəmizdə 3349 faktın aşkarlandığını, 2579 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, onlardan 68 nəfərin xarici ölkə vətəndaşı olduğunu qeyd edib.
Ekspertlərin
 diqqətinə çatdırılıb ki, Azərbaycan narkoticarətçilərin hədəfində olan 
tranzit ölkələrdən biridir. Bunun isə ən başlıca səbəbi torpaqlarımızın 
20 faizdən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal 
edlməsi, faktiki olaraq nəzarətsiz olan həmin ərazilərdə narkotik 
vasitələrin əkilib-becərilməsidir.
İclasda bu ümumbəşəri bəlanın qarşısını almaq üçün "ağ ölümdən” əldə olunan gəlirlərin hərəkət istiqamətlərinin araşdırılmasının, İstanbul Prosesinin iştirakçısı olan dövlətlərin ərazilərinə narko alverçilərin və kuryerlərin qeyri-qanuni yolla keçmələrinin qarşısını almaq məqsədilə birgə tədbirlərin işlənilib-hazırlanmasının vacibliyi vurğulanıb.
Tədbirdə 15 iştirakçı dövlətin ekspertlərinin məruzələri dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb.