Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla keçdi.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, forumun işinə ümumilikdə 6 min nəfər cəlb edilib: "Forumda bütün dünyadan 800-dən çox rəsmi şəxs iştirak edib və 250-dən artıq qonaq çıxış edib. Paralel olaraq müxtəlif mədəni tədbirlər keçirdik".