Abdullah Gül ADA Universitetinin fəxri doktoru oldu

Türkiyənin sabiq Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru adı verilib.

Sabahinfo.az-ın məlumatına görə, sabiq Prezidentə fəxri doktor diplomu rektor Hafiz Paşayev tərəfindən təqdim olunub.

H.Paşayev qeyd edib ki, fəxri doktor diplomu A.Gülə iqtisadiyyat elmində nailiyyətlərinə, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə təqdim olunub.