ABŞ səfirliyi yanında partlayış - Ölən və yaralananlar var - Yenilənib

Bu səhər Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Partlayışın ABŞ səfirliyi yaxınlığında baş verdiyi bildirilir.

Paytaxtın polis rəsmisi partlayışın bəzi hərbi obyektlərin yaxınlığında və geniş bir ərazidə törədildiyini söyləyib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Səduq Sedikki partlayışın intihar hücumu ola biləcəyini deyib.

Hadisə şahidlərinin və təhlükəsizlik qüvvələrinin sözlərinə görə, Kabildə ABŞ səfirliyinin yerləşdiyi partlayış zonasından duman qalxdığı deyilir. Partlayış nəticəsində ölən və yaralananlar haqqında dəqiq məlumat yoxdur.

Terror aktı ilə bağlı "Taliban” rəsmisi Zabihullah Mücahid məsuliyyəti öz üzərlərinə götürüb.

"Taliban” bu günlərdə bəyanatında "Xarici və daxili düşmən mövqelərinə böyük miqyaslı əməliyyatlar keçiriləcək"-deyə bildirib

Qeyd edək ki, Əfqanıstanda hökumətin müzakirələrə və sülh danışıqlarına yenidən başlama səylərinə baxmayaraq, "Taliban” keçən həftədən paytaxtda və digər yerlərdə belə partlayışlar törədir.

***

Əfqanıstanın paytaxtı Kabildə bu gün səhər baş verən partlayışda 24 nəfərin öldüyü haqda məlumatlar yayılıb.

Modern.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə məlumatı Əfqanıstanın yerli KİV-ləri yayıb.

Əfqanıstan prezidenti Əşrəf Qəni Kabilin mərkəzindəki partlayış nəticəsində ölən və yaralananların olduğunu bildirib.

Yerli xəstəxananın nümayəndəsinin sözlərinə görə, partlayışdan sonra tibb müəssisəsinə 8 yüngül yaralı hərbçi gətirilib. Onların şəxsiyyəti barədə məlumatlar hələ ki, açıqlanmır.

Məlumata görə içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Partlayış Əfqanıstan Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası yaxın yerləşən Amerika səfirliyinin binası ətrafında həyata keçirilib.

Hazırda Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və MTA binalarının yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda atəş səsləri eşidilməkdədir.

Qeyd edək ki, terror hücumuna görə məsuliyy