AFFA-dan cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sabahinfo.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Topaz Premyer Liqanın 30-cu turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Topaz Premyer Liqasının XXX turunun "Qəbələ” – "Rəvan” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində "Rəvan” klubunun futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXX turunun "Neftçi” – "Qarabağ” matçında "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXX turunun AZAL – "Sumqayıt” matçında AZAL və "Sumqayıt” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunub.