Bu il aprelin 2-5-də itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb.
Onun sözlərinə görə, aprel döyüşlərdinə ölmüş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti isə geri alınıb.
İ.Axundov vurğulayıb ki, hazırda İşçi Qrupu Ermənistanın insan haqlarını pozması məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirməyə çalışır: "Bu məqsədlə GUAM-a da müraciət edilib. GUAM-da İşçi Qrupun yaradılması nəzərdə tutulub. Hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir. Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir. Bununla belə Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.