Gürcüstan müdafiə nazirindən təklif.Ötən gün Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündə iştirak edən Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli Azərbaycan və Türkiyəni ölkəsində NATO-nun dəstəyi ilə keçirilən proqram və layihələr çərçivəsində əməkdaşlıq etməyə dəvət edib. ANS PRESS-in "İnterfaks" agentliyinə istinadla verdiyi məlumata görə, söhbət 3 tərəfli hərbi təlimlərdən gedir." Gürcüstan NATO ilə əməkdaşlığın yaratdığı imkanları nəzərə alaraq 2017-ci ildə bir neçə təlim keçirtmək istədiyini bildirib. Hesab edirəm ki, biz yüksək səviyyəli təlimlərin təşkilində Türkiyə tərəfinə layiqli əməkdaşlıq təklif edə bilərik. Razılıq əldə olundu və biz 2017-ci ilin yazında təlimlər keçirməyə hazırlaşacağıq" - deyə Gürcüstan müdafiə nazirliyinin mətbuat xidməti Tinatin Xidaşelinin sözlərindən stat gətirir.
Məlumata görə, nazirlər növbəti görüşünü bu ilin yayında batumidə keçirəcəklər.