Azərbaycan X Beynəlxalq Delfi Oyunlarında təmsil olunacaq

1-6 may tarixində Rusiya Federasiyasının Oryol şəhərində MDB iştirakçısı dövlətlərinin gənclər arasında X Beynəlxalq Delfi Oyunları keçiriləcək.


Sabahinfo.az-ın verdiyi məlumata görə, müsabiqədə Azərbaycan Respublikası 17 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, beynəlxalq və respublika müsabiqələrinin qalibləri Emil Əhmədzadə (fortepiano), Ləman Əsədova (skripka), Sevinc Quliyeva (təsviri incəsənət), Mustafa Kamal Eyyubov, Nicat Mənsimov (xalq çalğı alətləri), Rza Xosrovzadə (akademik ifaçılıq), Üzeyir Quliyev (estrada ifaçılığı), habelə İrina Mehdiyeva, Ləman Hüseynova, Sevinc Əzizova (konsertmeyster) daxildirlər.

Məlumat üçün bildiririk ki, sözügedən oyunlar açıq xarakterli olduğu üçün tədbirdə otuzdan artıq ölkənin təmsil olunması nəzərdə tutulub. Yarışların beynəlxalq nüfuzunu və ölkəmizin dünyada tanıdılmasının vacibliyini nəzərə alaraq nümayəndə heyətimizə uğurlar arzu edirik.