İşsizlərin yerini Sinqapur, Hindistan və Banqladeşdən gələn işçilər tutub.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə eyni işə görə əcnəbi vətəndaşların daha çox əməkhaqqı, yerli vətəndaşların isə az maaş aldığı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Ekspertlərin sözlərinə görə, əslində eyni işi görən xarici və yerli işçilərin aldıqları əməkhaqıda 10 qat fərq qoyulur ki, bu da həmin şirkətlərdə çalışan yerli mütəxəssislərin haqlı narazılığına səbəb olur. Hüquq müdafiəçiləri bu halın ölkədə geniş yayıldığını bildirir və bunu yerli işçilərin öz ölkəsində diskriminasiyaya məruz qalması kimi izah edir.
Nefçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıdeyib ki, yüksək vəzifəli xarici şəxslərin əmək haqqında fərq oduqca böyükdür:
"Əgər azərbaycanlıya 3-4 min əməkhaqqı verirlirsə, (onların əməkhaqısını dəqiq bilmirəm), əcnəbi vətəndaşlara 6,7 hətta 10 qat maaş verilir. Fərq həddən artıq böyükdür. Qanunvericilikdə qeyd olunur ki, eyni işdə çalışan və eyni vəzifəni yerinə yetirən insanlar eyni səlahiyyətlərə malik olmalıdır. Bunu onunla əlaqələndirirlər ki, xaricilərin təminatları daha artıqdır. Onların təminatı nə qədər artıq olsa da, ölkəmizdən uduşları da bir o qədər artıqdır. Azərbaycanda neft layihələri həyata keçirən podratçı şirkətlər var. Onların podratçı xarici şirkətləri də mövcuddur. Bu şirkətlərin rəhbər vəzifəsində işləyən xaricilərin əmək müqavilələri Vergilər Nazirliyi tərəfindən nəzarətə götürülməlidir. Adətən onlar tez-tez əmək müqavilələrini dəyişirlər. Azərbaycanda çalışan xarici vətəndaşların iş müddəti 90 günə bitirsə, onlara vergi tətbiq olunmalıdır. Bununla əlaqədar biz xeyli sayda vergidən yayınmaları ortaya çıxarmışıq. Nədənsə Vergilər Nazirliyi biz QHT-lərin başının üstündə öz qılıncı ilə dayanırlar, amma gələn xaricilərin vergi məsələsi ilə maraqlanmırlar. Yəni diskriminasiya və vergi məsələsinə diqqət yetirilməlidir”. Hüquq müdafiəçisi Azərbaycana xaricdən işçi gətirilməsi məsələsini də önə çəkib. Onun sözlərinə görə, ölkədə kifayət qədər işsiz ordusu olduğu halda xaricdən işçi qüvvəsinə gərək yoxdur: "Dünyanın müxtəlif ölkələrindən Azərbaycana xeyli sayda işçi qüvvələri gətirilir. Bir ara ölkəni çinlilər bürümüşdü, sonradan onları "yığdılar”. Hazırda ölkədə Sinqapurdan, Banqladeşdən və Hindistandan gəlmə sıravi işçilər var. Bu işçilər bizim azərbaycanlı işçilərin yerini tutur. Amma Miqrasiya Xidməti bu məsələ ilə maraqlanmır. Mütləq qaydada Miqrasiya Xidməti bu məsələni nəzarətinə götürməlidir. Bu gün üç ciddi məsələ bizi narahat edir. Birincisi Əmək Məcəlləsi xarici və yerli işçilərin əmək haqqısındakı fərqi tənzimləməlidir, ikinci Vergilər Nazirliyi xaricilərin vergidən yayınıb-yayınmadıqlarını araşdırmalıdır ki, onlar vergini necə və harda ödəyirlər. Üçüncü məsələ isə Miqrasiya Xidməti məşğul olmalıdır ki, niyə işçi qüvvəsi çox olan ölkəyə xaricdən işçi gətirilir. Bu işçilər sıravi işçilərdir ki, halbuki ölkədəbütün sahələr üzrə kifayət qədər mütəxəssislər var”.
Cebhe.info