Bu gün Zaqatala rayonunda Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə, Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı tədbir keçirdik.
Tədbirdə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Sənəd dövriyyəsi sektorunun müdiri Elçin Quliyev və Zaqatala Rayon Vəkil Bürosunun vəkilləri iştirak etdilər.
Tədbirdə vətəndaşların şikayət və müraciətləri dinlənildi,ehtiyacı olanlara hüquqi yardım göstərildi.
Eyni zamanda şəxsən mənə olan bütün müraciətləri də dinləyib,qeydə aldıq. Qaldırılan problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.
Azər Kərimli
Milli Məclisin deputatı