Ermənistan Azərbaycana məxsus dolmanı ermənilərin milli yeməyi kimi dünyaya sırımağa çalışır. Bu məqsədlə Ermənistanda sayca 6-cı dolma festivalı keçirilb. Festivalda 23 metr uzunluqda dolma nümayiş olunub. Məqsəd dünyanı dolmanın ermənilərə məxsus olmasına inandırmaq və Azərbaycanın milli-mənəvi dəyərlərini ələ keçirməkdir.
Ermənistanın bu addımına qarşı Azərbaycan dolmanın ermənilərə deyil, məhz azərbaycanlılara məxsus olmasını sübut etmək üçün UNESCO-ya müraciət edəcək.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir ƏmiraslanovAzVision.az-a bildirib ki, hazırda 1918-ci ildən bu günə kimi olan məlumatlar toplanır.
"Elmi cəhətdən dolmanın Azərbaycana məxsus olmasını dəfələrlə sübut etsək də, təbliğat baxımından ermənilər önə keçiblər. Bunun səbəblərini maliyyə mənbələrinə və biznesmenlərdən soruşmaq lazımdır. Əslində elmi cəhətdən dolmanın Azərbaycan yeməyi olmasını sübut etmişik. Amma təbliğat baxımından hələ ki, ermənilərə uduzuruq. İlk olaraq festivallar keçirilməlidir, bunun üçün maliyyə ayrılmalıdır. Belə bir ideya var ki, Bakıdan Lənkərana qədər dolma bişirilsin və bunu yan-yana düzsünlər. Olsun bir neçə kilometr. Təbii ki, buna maliyyə lazımdır. Bundan başqa dolmanın Azərbaycana məxsus olmasını göstərmək üçün ölkəmizə UNESCO-dan qonaqlar gətirmək lazımdır”.
Mədəniyyət və Turizm Nazirliyinin dolma ilə bağlı sənədlər hazırladığını deyən baş kulinarın sözlərinə görə, milli yeməklərin pasportlaşdırılması üzərində iş gedir: "Hazırda bu istiqamətdə iş aparılır. Milli Məclisdə iki ildir ki, mətbəx haqqında qanun müzakirə olunur. İlk növbədə bu qanunun qəbul olunması gərəklidir”,-deyə T.Əmiraslanov vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə açıqlamasında bildirib ki, bütün türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlayır.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin daşıyıcıları bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil: "Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istədi.
Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etmişdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar göstərdilər".
Xatırladaq ki, bu yaxınlarda Ermənistanda 6-cı "Uduli” dolma festivalı keçirilib. 23 metrlik dolmanın müəllifləri özlərinin ötənilki rekordlarını təzələyiblər.