Sabah Bakıda Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumunun (AIIF-2016) açılış mərasimi keçiriləcək.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
Forumun açılış mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədriRüfət Aslanlı, Milli Məclisinİqtisadi siyasət komitəsinin sədriZiyad Səmədzadə,Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Nəzarəti Departamentinin direktoruFuad Sadıqovqonaq qismində iştirak edəcəklər.
Qeyd edək ki, forum iki gün davam edəcək vətədbirdə dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edəcək.