Xalqımızın böyük oğlu
Heydər Əliyevi Azərbaycanın-ulu tarixə malik bir məmləkətin səmasında daima
parıldayan zaman keçdikcə daha da şəfəqlənən dan ulduzuna bənzətmək olar. Böyük bir həqiqəti-50 milyonluq Azərbaycan xalqı şərəf hissi ilə dərk
edir ki, zamanın təkəri bizdən uzaqlaşdıqca Heydər Əliyev ucalığı, Heydər
Əliyev böyüklüyü daha aydın görünür. Vətənimizin, xalqımızın taleyində ötən əsrin
70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri,
cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan
ictimaisiyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti
haqqında bu ana kimi çox yazılıb, bundan sonra da yazılacaqdır. Bu əqidədəyəm
ki, böyük Heydər Əliyev şəxsiyyəti haqqında daha tutarlı, daha dəyərli, bu dahi
insanın Azərbaycanın xoşbəxt gələcəyi uğrunda göstərdiyi titanik fəaliyyətini
bütün çalarları ilə göstərə biləcək, deyiləcək sözlər hələ qabaqdadır. Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev ulu öndərimizin
Azərbaycan tarixindəki müstəsna rolunu qiymətləndirərək deyib: "Heydər Əliyev
bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı,
uğurlu gələcəyimizin təməlini qoyan alternativsiz lider, millət atasıdır. Müstəqil
Azərbaycan və onun əldə etdiyi uğurlar ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin
şah əsəridir”. Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz,
bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən
idi. Öz zamanında, əqidə və fəaliyyəti ilə belə ad-san qazananlar, həyatlarını
xalq, Vətən yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar
olurlar… Dünyanın ən qədim xalqlarından biri olan xalqımız bəşəriyyətə çox
böyük dühalar, dahilər, elm, poeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan
torpağı çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və
ictimai-siyasi xadimlər yetirmişdir. Lakin 4 min ildən artıq yaşı olan dövlətçilik
tariximiz dahi şəxsiyyətlərin adlarını qoruyub-saxlamış, nəsildən-nəslə, əsrdən-əsrə
keçirmiş, onlara əbədiyyət heykəli ucaltmışdır. Belə şəxsiyyətlərə Manna dövlətinin
başçısı İranzunu, Atropatena dövlətinin yaradıcısı Atropatı, Albaniya hökmdarı
Cavanşiri, öz bacarığı, kamalı ilə müstəqil, güclü Azərbaycan Atabəylər dövlətini
yaratmış Şəmsəddin Eldəgizi, ilk milli Azərbaycan Səfəvilər dövlətinin banisi I
Şah İsmayıl Xətaini, XX əsrin əvvəllərində sovet hakimiyyətinin ilk çağlarında
Azərbaycana rəhbərlik etmiş doktor Nəriman Nərimanovu və başqalarını misal göstərmək
olar. Onlar xalqın milli dəyərlərini, dilini, dinini, mənəvi dünyasını qoruyub
saxlamış, onu daha da inkişaf etdirmiş, bununla da xalq rəhbəri olmuşlar.
Mübaliğəsiz deyə bilərik ki, xalqımızın bu ulu, nəhəng övladları içərisində öz
möhtəşəmliyi ilə yüksəkdə duran, şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızı tarixin ağır
sınaqlarından məharətlə çıxararaq, onu inkişafa və tərəqqiyə doğru aparmışdır.
Bu müdrik şəxsiyyət DTK-da işlədiyi illərdə də bütün varlığı ilə xalqına xidmət
etmiş, neçə-neçə milli ziyalımızı qorumuşdur. O, harada işləməsindən asılı
olmayaraq, hansı vəzifə, mənsəb sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsl
azərbaycanlı kimi aparmışdır. 34 il bir məmləkətə rəhbərlik etmək hər dövlət və
siyasi xadimin işi deyildir. Həm də bu illər görülən işlər öz miqyasına, əhatəliyinə
görə müqayisə olunmazdır. …Ötən əsrin 70-80 – ci illərində Bakı əsl tikinti
meydanına çevrildi. Az bir vaxt içərisində Bakıda parklar, xiyabanlar, meşə
zolaqları salındı. Gül-çiçəyə, yaşıllığa büründü şəhər. Bu işlər Azərbaycanın
bütün şəhər, qəsəbə və kəndlərində də aparılırdı. Qısa bir müddət ərzində Azərbaycan
öz simasını tamamilə dəyişdi. Yeni-yeni zavod və fabriklər açıldı,
mikrorayonlar, yaşayış sahələri salındı. Elmə, sənətə, ədəbiyyata, mədəniyyətə
göstərilən qayğı və diqqət milli intibaha meydan açdı. Çox keçmədi ki, Heydər
Əliyevin Azərbaycanda gördüyü bu işlərin sorağı respublikanın sərhədlərini aşıb
keçdi, bütün Sovet İttifaqına yayıldı. İctimai-siyasi həyatın və iqtisadiyyatın
bütün sahələrində qazanılan yüksək nailiyyətlərə görə ölkəmiz dalbadal keçici
bayraqlara layiq görüldü. Azərbaycan Respublikası aqrar məmləkətdən yüksək
inkişaf etmiş sənaye məmləkətinə çevrildi. Təbii ki, belə nəhəng işlərin görülməsi
asan məsələ deyildi. Belə böyük və mühüm işləri görmək üçün bütün 62 Azərbaycanın
müstəsna rolunu önə çəkmək lazım idi, və bunu da yalnız Heydər Əliyev kimi bir
şəxsiyyət edə bilərdi. Qısa vaxtda təkcə SSRİ-də yox, bütün dünyada Azərbaycan
tanınmağa başladı. Bu da bir həqiqətdir ki, bütün dünya Azərbaycanı və azərbaycanlıları
Heydər Əliyevin timsalında tanıyırdı. Ona görə ki, Heydər Əliyev sözün həqiqi mənasında
Böyük Azərbaycanlı idi. Özü də bunu həmişə deyər-di: "Mən həmişə fəxr etmişəm,
indi də fəxr edirəm ki, mən azərbaycanlıyam…” Ancaq bütün Azərbaycan xalqı da fəxr
edirdi ki, onun Heydər Əliyev kimi bir övladı vardır… Azərbaycana rəhbərlik
etdiyi ilk gündən Heydər Əliyev mədəniyyətimizin tərəqqisi, inkişafı üçün çox
işlər gördü. Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr,
heykəllər ucaldıldı. N.Nərimanova, Nəsimiyə, Şah İsmayıl Xətaiyə, H.Cavidə,
C.Cabbarlıya və digərlərinə qoyulmuş möhtəşəm heykəl və abidələr Heydər Əliyev
yadigarlarıdır. Ötən əsrin 70-80 – ci illərində nə qədər şair və
yazıçılarımızın yubileyləri keçirildi. Bu yubileylər respublika çərçivəsində
deyil, ümumittifaq, ümumdünya miqyasında keçirildi. Belə yubileylərin təşkilat
komitəsinin rəhbəri adətən Heydər Əliyev olurdu. Bir qayda olaraq bu yubileylər
Bakıdan sonra Moskvada, Leninqradda və başqa şəhərlərdə də keçirilir, hər bir
yubiley əsl mədəniyyət, bayram hadisəsinə çevrilirdi. Belə mərasimlər xalqı təkcə
tanıtmır, onu həm də ucaldırdı. Yadımdadır ki, 1981-ci ilin payızı idi. Nizami
Gəncəvinin yubileyi keçirilirdi. Keçmiş ittifaqdan və dünya ölkələrindən xeyli
qonaqlar gəlmişdi. Çıxış edən qonaqlar poeziya bahadırı Nizami haqqında ürək
sözlərini deyəndə, Heydər Əliyevin xidmətlərini də vurğulayırdılar. Moskvalı
bir ədib dedi ki, baxın, bu il böyük Nizaminin nə 800, nə 850 illiyidir. Mən bu
barədə Heydər Əliyevə deyəndə, o, cavab verdi ki, Nizami elə bir dahidir ki,
onun yubileyini hər il, hətta hər ay da keçirməyə dəyər… Ulu öndər Füzuli, Nəsimi,
Ü.Hacıbəyov, S.Vurğun, C.Cabbarlı haqqında da belə deyərdi… O illərdə
respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində başqa sovet
respublikalarında da Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri keçirilirdi.
Əlbəttə, başqa xalqların da ədəbi və mədəni məclisləri Azərbaycanda
keçirilirdi. Xalqların belə qarşılıqlı məclisləri onların bir-birini daha
yaxından tanımasına, mədəni əlaqələrin inkişafına şərait yaradırdı. Sonralar Azərbaycan
günləri dünya ölkələrində də keçirilməyə başladı. Hələ o vaxtlar, yəni Sovet
İmperiyası dövründə Heydər Əliyev Azərbaycanın gələcəyini, müstəqilliyini
görürdü və ona görə də öz ölkəsini dünyada tanıtmaq istəyirdi. Belə günlər isə
olduqca dolğun, təmtəraqlı olurdu. Xalqımızın mədəniyyəti, incəsənəti,
musiqisi, hətta milli mətbəxi də Azərbaycan günləri keçirilən ölkədə təmsil
olunurdu. Kuba Respublikasında keçirilən Azərbaycan günlərində bu sətirlərin müəllifi
də olmuşdur. Biz uzaq Kubada da bir daha şahidi olduq ki, Heydər Əliyevi
dünyanın hər yerində yaxşı tanıyırlar. Nümayəndə heyətimiz bir də onunla fəxr
edirdi ki, Kuba Respublikasının hər yerində Bakının istehsal etdiyi
kondisionerlər işləyirdi… Bütün bunlar Heydər Əliyevin xidmətlərinin əks-sədası
idi. Bundan başqa, о dövrdə Azərbaycanda çox nüfuzlu elmi toplantılar
keçirilirdi. 1979-cu ildə mənəvi tərbiyə ilə bağlı Bakıda Ümumittifaq miqyaslı
çox sanballı elmi-tədqiqat konfransı keçirilirdi. O vaxt mən keçmiş Lenin
muzeyində işləyirdim. Konfransın bölmələrindən biri bizim muzeydə keçirilirdi.
Demək olar ki, SSRİ-nin ən görkəmli filosof, tarixçi, ictimaiyyətçi alimləri
Bakı konfransına qatılmışdı. İki il idi ki, bu konfransa bütün ölkə miqyasında
hazırlıq gedirdi. Konfransdan əvvəl Heydər Əliyev MK-da alimlərlə görüşmüş,
onlarla geniş söhbət aparmışdı. Konfransa gəlmiş çox nüfuzlu alimlər etiraf
edirdilər ki, Heydər Əliyev fitri istedaddır. Heydər Əliyev onlara deyirmiş ki,
mən iki ildir ümumittifaq miqyasında mənəviyyatla bağlı çıxan bütün kitabları
oxumuş, araşdırmışam. İnsanlara bu gün, yeni zaman üçün yeni söz deyilməlidir.
Bu gün zamanın tələb etdiyi mənəviyyatın formalaşdırılmasından, bunun
yollarından danışmaq, bunları açmaq lazımdır. O vaxt Bakıya gəlmiş tanınmış
alimlər də Heydər Əliyevdən iftixarla, qürurla danışırdılar. Heydər Əliyevin dərin
məzmunlu və əhatəli nitq və çıxışlarını dinləyən insanların ona hə-sədlə
baxdıqlarının çox şahidi olmuşuq… Ötən əsrin 80-90 – cı illərində bütün SSRİ-də
dövlət xadimlərindən ən məşhuru, ən çox tanınanı, seviləni bizim xalqımızın
lideri idi desək yanılmarıq… Heydər Əliyev şairlə şair, memarla memar, tarixçi
ilə tarixçi kimi danışırdı. Bu, o demək idi ki, böyük dövlət xadimi Heydər
Əliyev hərtərəfli şəxsiyyət idi. Heydər Əliyev bir neçə dəfə keçmiş Lenin
muzeyində olmuşdu. O, olduqca diqqətli, gözündən heç bir şey yayınmayan adam
idi. Onun muzeydəki eksponatlara, tarixi sənədlərə necə diqqətlə baxdığının dəfələrlə
şahidi olmuşam. Muzeyə baxdıqdan sonra muzey əməkdaşları ilə söhbətlər edər,
muzeydəki bir çox sənəd və eksponatlara öz münasibətini bildirərdi. Onun
olduqca iti baxışları vardı. Ancaq insanlarla görüşəndə sadədən sadə olurdu.
Bizim qarşımızda həmişə vəzifə qoyurdu ki, muzeydə Azərbaycan bütün tərəflərilə
görünməlidir. 63 Tale elə gətirib ki, Azərbaycan Yazıçılarının qurultaylarında
Heydər Əliyevin yazıçılar qarşısında parlaq nitqlərini dinləmək mənə də nəsib
olmuşdur. Bir qayda olaraq onunla birlikdə Azərbaycan KP MK-nın Büro üzvləri də
yazıçılar qurultayında iştirak edərdilər. O, Azərbaycanda gedən ədəbi proseslərə
elə təhlil verirdi ki, ən görkəmli tənqidçilər belə təəccüb və heyranlıq hissi
ilə ona baxırdılar. Biz görürdük ki, o müasir ədəbi qəhrəman məsələsində tənqidçiləri
necə çətin vəziyyətdə qoyurdu. Ancaq bir həqiqət vardı: Heydər Əliyev Azərbaycan
ədəbiyyatının vurğunu idi və ədəbiyyatımızın nailiyyətlərindən danışmaqdan
yorulmurdu. Beləliklə o, həm də ən böyük ədəbiyyatçı idi… …Milli liderimiz Heydər
Əliyevin böyük vətənpərvər, xalqsevər olduğu ötən əsrin 90-cı illərində özünü
daha bariz şəkildə göstərdi. Məkrli, naqis ermənilərin Vətənimizə təcavüzü və
bu təcavüzə M.Qorbaçov başda olmaqla Moskvanın dəstəyinə ilk kəskin etiraz səsini
ucaldan, partiya biletini tullayan da, çəkinmədən, qorxmadan, milli cəsarətlə
sovet hakimiyyətinə qarşı tənqidlər söyləyən də ilk öncə Heydər Əliyev oldu.
Ona arxalanan xalq ayağa qalxdı. Nəticədə müstəqil Azərbaycan Respublikası
yarandı. Müstəqil Azərbaycanın keşiyində xalqın arxalandığı Heydər Əliyev
dayandı. 1990-1993 – cü illər xalqın yaxşı yadındadır. Müstəqillik qazanmış Azərbaycanın
başının üstünü qara dumanlar almış, Azərbaycan parçalanmaq həddinə çatmışdı.
Yaxşı ki, о vaxt Heydər Əliyev Azərbaycanda idi. Yaxşı ki, xalqın güman yeri
olan Heydər Əliyev var idi… Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər
Əliyev ikinci dəfə hakimiyyət başına gəldi. O vaxtlar hamının yaxşı xatirəndədir.
Ölkədə anarxiya, xaos, hərc-mərclik baş alıb gedirdi. Üstəlik böyük dövlətlərin,
xain ermənilərin təbliğatına uyan bəzi daxili separatçı qüvvələri baş
qaldırdılar. Bax, belə bir şəraitdə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmişdi.
Mən özüm əslən cənub bölgəsindən olduğumdan bir ziyalı kimi öz mövqeyimi о vaxt
bildirmişəm. O vaxt cənubdan olan bir çox ziyalılar kimi, mən də Heydər Əliyev
siyasətini müdafiə edərək, Vətənin parçalanmasına qarşı bütün varlığımla
mübarizə aparmışam. Mən 1993-cü ilin yayında Lənkəranda və ətraf rayonlarda
separatçı qüvvələrin at oynatdığı bir dövrdə respublika mətbuatında və
televiziyada çıxışlar etmişəm. Mən çox çətinliklə Masallıya gedib, orada dövlətçiliyimizi
parçalamaq istəyən qüvvələrə qarşı kəskin çıxış etdim. Yerli camaatı Heydər
Əliyev ətrafında sıx birləşməyə çağırdım. Həmin günlərdə cənub bölgəsinin əhalisi
birmənalı olaraq dövlətçiliyimizi dəstəklədi. O vaxt Azərbaycanı, Azərbaycan
xalqını böyük bəladan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev
cəsarəti və müdrikliyi qoruyub saxladı. Əgər bu böyük şəxsiyyət olmasaydı, Azərbaycanı
heç bir qüvvə qurtara bilməzdi. Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa
arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi və geniş xalq məhəbbəti bir
vəhdətdə birləşdiyindən Azərbaycan dövlətçiliyi xilas oldu. Ümummilli liderimiz
Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkədə sabitlik yarandı,
demokratik yol amalımız oldu. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu
yolu ilə irəlilədi, xalq birliyi yarandı. Heydər Əliyev azərbaycançılıq
ideologiyasını dövlətin əsas ideologiyası səviyyəsinə qaldırdı. Azərbaycançılıq
ideologiyası Heydər Əliyevin ən böyük əsəridir desək, heç yanılmarıq. Müstəqil
Azərbaycan Respublikasının rəhbəri kimi Heydər Əliyev dövlətçilik sahəsində
tarixi işlər gördü. İstər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqilliyi
dövründə Heydər Əliyev həmişə ziyalılara, əmək adamlarına diqqət və qayğı göstərmişdi.
Azərbaycanın müstəqilliyi dövründə ölkə rəhbəri ziyalılara həm mənəvi, həm də
maddi dayaq olmuş nə qədər şair və ədibə, artist və musiqiçilərə prezident təqaüd
ayırmışdır. Bu gün bu ənənə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
davam etdirilir. Heydər Əliyev bir insan ömrünə sığmayan titanik işlər gördü.
Heydər Əliyevin dilimiz, dinimiz və tariximiz üçün gördüyü işlər bəs edərdi ki,
hələ sağlığında ikən ona heykəl ucaldılsın. О öz dilini sevir, ona hörmətlə
yanaşırdı. Yadımdadır, 1998-ci ildə Bakıda iki böyük islam toplantısı
keçirildi. Hər iki konfransda ölkə Prezidenti iştirak etmiş və geniş, parlaq
nitq söyləmişdir. O günlər indi də gözlərim qarşısındadır. Ulu öndərimizin
"Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə islam dininə, mədəniyyətinə
mənsub olması ilə fəxr edir” mövzusunda söylədiyi parlaq nitq dünyanın hər
yerindən gəlmiş görkəmli din xadimlərini, teoloqları sanki ovsunlamışdı. Bu
sanballı, lakonik və məzmunlu nitq hamını sözün həqiqi mənasında heyran
qoymuşdu… Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu
layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan,
möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.
Elnur Məmmədli