Bu ölkədə qohumlarla evlənmək qadağan edildi

Tacikistanda yaxın qohumlar arasında nikaha girmək qadağan olunub.

Bu barədə Sabahinfo.az "RİA Novosti”yə istinadən xəbər verir.


"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. Bundan əlavə, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər”, - deyə məlumatda bildirilir.

Bundan başqa, xaricdən vətənə qayıdan tacik miqrantlar mütləq qaydada tibbi müayinədən keçməlidirlər.