Cavid Qurbanov: "Axı, bu düzgün deyil"

Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik ƏDV-nin tətbiq edilməsi düzgün deyil”.

Bunu Milli Məclisin iclasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.

O, bildirib ki, idxal olunan elə məhsullar var ki, onlara 20 və ya 30 faizlik ƏDV tətbiq etmək olar: "Bütün idxal olunan məhsullara 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradır. Biz bir sıra məhsulların və avadanlıqların ölkədə idxalında ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik.

Dəmiryolunun inkişafı üçün xaricdən elə avadanlıqlar alırıq ki, onlar nə Azərbaycanda istehsal olunur, nə də təmir olunur. Biz bundan ötrü çox böyük miqdarda ƏDV ödəyirik. Bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirik və ya hansısa formada böyük həcmli ƏDV ödəyək. Bu məsələyə diqqətlə yanaşıb, problemin çözməyə çalışmalıyıq”
azvision.az