Xalq artisti Elmira Rəhimovanın səhhətindən xəbər var.Lent.az-ın məlumatına görə, xalq artisti müğənni Sahib İbrahimovun qızının toy mərasiminə qatılıb. E.Rəhimova ilə birgə toyda iştirak edən müğənni Bəturə Hüseynova xalq artisti ilə fotolar çəkdirərək, sosial şəbəkədə paylaşıb. O, xalq artistinin normal danışdığını, səhhətinin yaxşı olduğunu deyib.
Qeyd edək ki, xalq artisti Flora Kərimova "Atv maqazin” verilişində açıqlamasında bildirmişdi ki, E.Rəhimovanın səhhəti yaxşı deyil, danışa bilmir: "Özümü güclə saxlayıram, hönkür-hönkür ağlamaq dərəcəsindəyəm. Mən necə gedim onun yanına? Mən danışım, o danışa bilməsin. Ürəyimi parçalayım? Mən neyləyim axı, nə deyim. Onu necə sakitləşdirim? Hansı söz tapıb deyim, bir adam ki mənə cavab verə bilməyəcək? Mən o insana xəstə kimi şəfa diləmək istəmirəm. O insan çox güclüdür və səsi ilə hamının rəğbətini qazanıb. O, bir dəfə də olsun əyilməyib!".