DİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Daxili İşlər Nazirliyinin rəhbərliyi 2 iyul - polis əməkdaşlarının peşə bayramı münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Sabahinfo.az-ın Reporta istinadən məlumatına görə, ziyarətdə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar iştirak ediblər.

DİN rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.