Bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) günü ilə əlaqədar həmin günün qeyri-iş günü olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) şəhər-rayon polis orqanlarının müvafiq qurumlarında şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu davam edəcək.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək.