Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində28 May Respublika gününə həsr olunan tədbir keçirilib.
Sabahinfo.az xəbər verir ki, Dövlət Agentliyində 28 May Respublika gününə həsr olunan "Şərqin ilk demokratik respublikası” mövzusunda tədbir keçirildi. Tədbirdə Dövlət Agentliyinin Sədri , rəhbər işçiləri və media nümayəndələri iştirak edirdi.
Mərasimi giriş sözü ilə Dövlət agentliyinin Sədri Akim Bədəlov açıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini və Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrindən danışıb.
Sonra digər çıxışlar və bayram təbrikləri dinlənilib. Sonda "Respublika günü” münasibətilə dövlət agentliyinin bir neçə əməkdaşı "fəxri fərman” la təltif olunublar.