2016 –ci il iyun ayının 1-3 tarixlərində Bakıda Hilton otelində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə iştirakı ilə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq konqres keçiriləcəkdir.
TDTD 2014 –cü ildə Türkiyə,Azərbaycan, Orta Asiya dövlətlərinin transplantoloqları,nefroloqları, cərrahları daxil olmaqla dünya şöhrətli alim ,Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri ,professor Mehmet Haberal tərəfindən yaradılmışdır. İlk konqres 20-22 may 2015 –ci ildə Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirilmişdir.
Bakıda keçiriləcək konqresdə ABŞ ,Avstraliya,Kanada,Livan, İordaniya,Misir,İran,Türkiyə və Orta Asiya dövlətlərindən ,eləcə də Azərbaycan mütəxəssisləri də daxil olmaqla 500-ə qədər nümayəndənin iştirakı gözlənilir.Həmçinin Dünya Transplantasiya Cəmiyətinin sədri professor Filipp O´ Conelli ( Avstraliya) və digər görkəmli alimlər dəvətli qonaqlar arasındadır.Konqresdə transplantalogiyanın müxtəlif problemlərinə həsr olunmuş çıxışlar dinləniləcək plenar iclaslarda diskussiyalar aparılacaq,elmi-praktik seminarlar keçiriləcəkdir.Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə ,kadr və sosial-hüquqi qaydaların hazırlanmasında , orqan bağışlanması( meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaqdır.Konqres haqda ətraflı məlumatı www.tond-tdtd.comsaytından və +994503314462 , + 994503135005 əlaqə telefonlarından almaq olar.