Dünən Gürcüstanda daha beş nüvə qaçaqmalçısı saxlanılıb. Bu ölkədə son həftələrdə nüvə qaçaqmalçılığı yüksək həddə çatıb. Saxlanılanların əksəriyyəti isə ermənilərdir.
ABŞ-ın "Huffington Post” qəzeti yazır ki, nüvə materialları satmaq məqsədilə qonşu Gürcüstana keçirməyə cəhd edən ermənilərin həbsi son iki ildə kəskin artıb. Ermənistanın dənizə çıxışı olmadığına görə, qaçaqmalçılar cinayət əməllərini bir qayda olaraq Gürcüstanda həyata keçirirlər. Çünki Gürcüstanın Yaxın Şərqə və digər ölkələrə nüvə materialları daşımağa imkan verən Qara Dəniz limanları var.
Bir sıra kəşfiyyat rəsmiləri hesab edirlər ki, İŞİD və digər terrorçu qruplaşmalar Avropa və ABŞ-da partladacaqları çirkli bombaların hazırlanması üçün material əldə etməyə çalışırlar. Təbii ki, müxtəlif məqsədlərlə törədilən bu kimi cinayətlər minlərlə mülki vətəndaşın həyatını təhlükə altında qoyur.
Ermənilər regionda nüvə materiallarının qaçaqmalçılığı üzrə kifayət qədər aktivdirlər. "Huffington Post”un yazdığına görə, saxlanılan ermənilərdən biri Gürcüstanda iki dəfə (2003-cü və 2010-cu ildə) partlayış törətmək məqsədilə bu ölkəyə yüksək həddə qədər saflaşdırımış uran keçirməyə cəhd edib.
MDB-də nüvə materialları qaçaqmalçılığı ilə mübarizəyə yardım məqsədilə Amerika Birləşmiş Ştatları bir neçə il öncə Gürcüstana 50 milyon dollar vəsait ayırmışdı. Ayrılan vəsaitin bir hissəsi Gürcüstanın sərhəd-keçid məntəqələrində xüsusi radiasiya detektorlarının quraşdırılmasına xərclənib. Məhz bu tədbirin nəticəsi olaraq, erməni qaçaqmalçı Qarik Dadayanın törədəcəyi fəlakətin qarşısı alınmış oldu.
Detektordan yaxa qurtarıb Gürcüstanın içərilərinə doğru qaçmağa cəhd edən Dadayan polislər tərəfindən həbs olunub 2.5 il müddətinə azadlıqdan məhrum edilsə də, bir neçə ay sonra azadlığa buraxıldı. Güman ki, burada rüşvət böyük rol oynayıb.
Belə yüngül cəza, əlbəttə ki, Dadayanı yarımçıq qalmış cinayət əməlini təkrarlamaqdan çəkindirmədi. 2010-cu ildə Dadayan, başqa bir qaçaqmalçılıq cəhdinə görə növbəti dəfə həbs olundu. Bu dəfə iki erməni havadarı ilə birgə. Hrant Ohanyan,Sumbat Tonoyan və Dadayan siqaret qutusunun içərisində 18 qram nüvə materialını Gürcüstana keçirmək məqsədilə qatara minirlər, lakin radiasiya detektorlarından yaxa qurtara bilmirlər.
Gürcüstan və Ermənistan kəşfiyyat orqanları bu oyundan əvvəlcədən xəbərdar idilər. Xüsusi əməliyyat nəticəsində Ohanyan və Tonoyan həbs edilir. Ardınca isə Dadayan öz ölkəsində saxlanılır. Məhkəmə zamanı Ohanyan və Tonoyan, paytaxt Tbilisidə İŞİD ekstremistlərindən biri ilə görüşüb, ona nüvə materialları satmaq istədiklərini etiraf ediblər. Cinayətkarların İSİD-çi olduğu guman etdikləri həmin şəxs, əslində mülki geyimli polis məmuru olub.
Qeyd edək ki, nüvə bombası istehsalı məqsədi daşıyan materialların qaçaqmalçılığı ilə bağlı yaranmış narahatlığın yüksək həddə çatdığı vaxtdan etibarən 8 erməni həbs edilib. 2014-cü ilin avqustunda Gürcüstan rəhbərliyi ölkəyə `Cesium 137` maddəsinin keçirilməsində şübhəli bilinən 2 erməni, 2016-cı ilin yanvarında isə 3 erməni həbs edib. Ermənilərin son həbsləri isə bu ilin aprel ayının ortalarına təsadüf edir.
MDB-də yeganə Atom Elektrik Stansiyasının Ermənistanda olduğunu nəzərə alsaq, demək olar ki, ermənilərin bu cür qaçaqmalçılıq cəhdlərinə davam edəcəklər.