Günay Ağamalı vətəndaşlarla görüş keçirib

15 Noyabr 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalı Salyan şəhəri, Heydər Əliyev küçəsi 107 ünvanında, inzibati binada vətəndaşlarla növbəti fərdi görüşü keçirilib.

Fərdi qəbula gələn vətəndaşlar öz müraciət və təkliflərini Millət Vəkilinə çatdırıblar. Hər bir müraciət diqqətlə dinlənilib, müvafiq məsələlərin həlli üçün qanunvericiliyin tələbləri izah olunub və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyi bildirilib.

Deputat Günay Ağamalı hər bir vətəndaşın müraciətinə həssas yanaşaraq onların qaldırdıqları məsələlərin nəzarətdə saxlanılacağını xüsusi vurğulayıb. Daha sonra Salyan rayonu Plasmas qəsəbəsində 44 günlük Vətən Müharibəsi şəhidi Axundov Əfqan Hüseyn oğlunun ailəsi ziyarət edilib, ruhuna dualar oxunub.