Fəzail Ağamalı partiyasının üzvlərini TƏBRİK ETDİ

Əziz Ana Vətənçilər!

Bu gün partiyamızın doğum günüdür. 35 yaşımız mübarək!

35 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı amansız mübarizənin fəal iştirakçıları ilə partiyamızın təməlini qoyduq. Siyasi meydana qədəm qoyduğumuz ilk andan bu günədək "Vətənin layiqli övladları olacağıq" andına sadiq qalaraq , Ana Vətənimizlə birgə olduq, itgilərə, çətinliklərə, məhrumiyyətlərə sinə gərməyi bacardıq, xalqımızla bərabər istiqlala qovuşduq, müstəqil və müasir dövlət quruculuğunda Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycanımızın güclənməsində, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında Möhtərəm cənab prezident İlham Əliyevin yanında yer aldıq, xalqımıza, dövlətçiliyimizə xidmət etməkdən qürur duyduq.

Dəyərli Ana Vətənçilər!

Dövlət və dövlətçilik uğrunda həyata keçirdiyimiz siyasi xəttimizə heç bir təxribat təsir göstərə bilməz.  Müqəddəs yolumuza davam!

Böyük məmnuniyyətlə Sizi 35 illik yubiley münasibətilə təbrik edir, hər birinizə can saglıgı, şəxsi və siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizin,
Fəzail Agamalı
“Ana Vətən” Partiyasının sədri

24 noyabr 2025-ci il.