"Ermənilər Azərbaycan ordusuna zərər yetirə bilmədiyinə görə mülki əhalini vurur. Gücləri onlara çatır”.
Sabahinfo.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında hərbi-ekspert Emin Həsənli Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını şərh edərkən deyib. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində belə hallara rast gəlinməyib:"Bu, hətta faşist Almaniyasının etmədiyi hadisədir. Onlar belə işğal etdikləri yerdən əhalini deportasiya ediblər. Dünyada belə bir müharibə olmayıb. Təssüflər olsun ki, Azərbaycan dünyada ən ədalətsiz və şərəfsiz bir düşmənlə üz-üzədir ki, onun heç bir nizam və oyun qaydası yoxdur. Bax belə bir alçaq düşmənlə üz-üzə müharibə aparırsan, sonra isə onları himayə edən dövlətlərin də olduğunu görürsən. Heç kimə sirr deyil. Onların himayə edilməsi ədalətsizlikdir. 25 ildir ki, Azərbaycan dözür. Bu məsələ konkret həll olunmalıdır. Ermənilər işğal etdiyi torpaqlardan rədd olub getməlidir”.
E.Həsənli qeyd edib ki, Azərbaycan 25 ilə yaxındır ki, beynəlxalq aləmə güzəşt edir:"Bu cür cinayətkar rejimlə oturduq danışdıq. Əslində isə belə bir rejimlə danışmamalıyıq. Nəticə isə təssüflər olsun ki, yoxdur. Bunun olmamasında isə ilk növbədə günahkar Ermənistan, sonra isə danışıqlara vasitəçilik edənlərdir. Onlara konkret müddət qoyub, torpaqlardan çıxarmaq lazımdır. Əks halda Azərbaycan torpaqlarını azad edəcək. Dünyanın böyük dövlətləri öz torpaqlarında əməliyyatlar keçirir, biz isə bunu öz torpağımızda edə bilmirik. Bu gün Qarabağda baş verən terrorun və mülki əhalinin vurulmasının başında birbaşa Sarksiyan durur. Bu işlər onun əmri ilə həyata keçirilir”.
E.Həsənli hesab edir ki, Ermənistan heç bir zaman hüquq normalarına riayət etməyib:"Onlar əməl etsəydilər BMT-nin 4 qətnaməsini yerinə yetirərdilər. Atəşkəsə də heç bir zaman əməl etməyiblər. Onlar Azərbaycan ordusunun gücündən qorxaraq atəşkəsə razılaşıb. Ermənilər hər zaman müharibədə mülki əhaliyə ziyan vurub. Bu, həmişə belə olub. Xocalıda, Qarabağda törədilən hadisələrdə həmişə mülki əhalini vurub, evlərinə ziyan veriblər. İkincisi, bu rejimi idarə edənlər var və onlar cinayətkardır. Onların əli Azərbaycan uşaqlarının qanına batıb. Bütövlükdə isə o millət özü xəstələnib. Ortada vasitəçilik edənlər də susur, cinayətkarlar cəzasını almalıdır. Əks halda ədalətsizlik və haqsızlıq dünyada idarə olunmaz bir vəziyyətə çıxa bilər. Təssüflər olsun ki, Ermənistan beynəlxalq birlik tərəfindən cəzasını almır, əksinə ikili standartlarla dəstəklənir və mühafizə olunur. Azərbaycan ordusu öz ərazilərini bütünlüklə işğaldan azad edə, İrəvana kimi çıxa bilər. Bizim müasir və güclü ordumuz var. Biz erməni əsgərlərini vururuq, haqlı da edirik, onların Qarabağda nə işi var ki!?”