Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində Göyçayşəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb.
Sabahinfo.az xəbər verir ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilən layihəyə uyğun olaraq Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 45 min sakinə xidmət göstərməklə ekoloji tarazlığın qorunmasına töhfə verəcəkdir.
Layihəyə əsasən qurğu kompleksində durultma hovuzları,barmaqlıqlar, qumtucu və yağ ayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılacaqdır. Tullantı sutəmizləyici qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA otağı və digər yardımçı binaların yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılmışdır. Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə7 subartezian quyusu qazılmış, ümumi tutumu 7000 kubmetr olan 5 ədəd su anbarı tikilmişdir. Eyni zamanda Göyçay şəhərində147 km içməli su şəbəkəsi inşa edilmiş, 9761 ünvana birləşməverilərək sayğaclaşma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində şəhərin bütünəhalisi fasiləsiz içməli su ilətəmin olunmuşdur. Layihə çərçivəsində şəhərdə 123 km kanalizasiya şəbəkəsi yaradılmış və ünvanlara birləşmələr verilib.
06 oktyabr 2015-ci ildəPrezidentİlhamƏliyev Göyçaya səfəri çərçivəsindəiçməli su təchizatı sistemləri və kanalizasiya şəbəkəsinin istismaraverilməsi mərasimində iştirak edib.